Lyublyanada İsrail səfirliyinə qarşı etiraz
Sloveniyanın paytaxtı Lyublyanada İsrail səfirliyinin açılmasına etiraz olaraq minlərlə insan küçələrə çıxıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Aksiya İsrailin xarici işlər naziri Gideon Saarın Sloveniyaya səfəri ilə eyni vaxtda keçirilib.
Etirazçılar İsrailin səfirliyinin açılmasına qarşı şüarlar səsləndirib və Fələstinə dəstək ifadə ediblər.
Aksiya iştirakçıları arasında “Soyqırım səfirliyinə yox” şüarının səsləndirildiyi bildirilib.
23:01 10.09.2026
Oxunuş sayı: 49