BMT Azərbaycanın iqlim sahəsində lider rolunu yüksək qiymətləndirir
BMT Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində lider rolunu yüksək qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko bu barədə məlumat verib.
Şlapaçenko bunu Bakı İqlim Fəaliyyətləri Həftəsi çərçivəsində keçirilən “Enerji keçidi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsi” adlı dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti müxtəlif iştirakçıların prosesə cəlb olunmasında mühüm rol oynayıb.
Şlapaçenko bildirib ki, BMT Azərbaycanın iqlim dəyişmələri məsələsində üzərinə götürdüyü lider rolu dəstəkləməyə hazırdır.
21:06 10.09.2026
Oxunuş sayı: 47