Ermənistan yaxın illərdə ən azı 3 peyk buraxacaq
Ermənistan yaxın illərdə ən azı 3 peyk buraxmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Paşinyanın Parisdə keçirilən kosmik sammitdəki çıxışı barədə məlumat yayılıb.
Peyklərdən ikisinin Yerin məsafədən zondlanması, birinin isə kommunikasiya məqsədləri üçün istifadə olunması nəzərdə tutulur.
Bununla yanaşı, yerüstü infrastrukturun və idarəetmə sisteminin yaradılması planlaşdırılır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Ermənistanın ehtiyaclarını qarşılamaqla yanaşı, beynəlxalq kosmik missiyalara da dəstək verə biləcək paylanmış yerüstü stansiyalar şəbəkəsi yaratmağı planlaşdırır.
22:28 10.09.2026
Oxunuş sayı: 43