İran ABŞ-nin Bəhreyndəki bazasına ciddi ziyan vurub
İranın zərbələri nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən əsas bazasına 400 milyon dollardan çox ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, “The Epoch Times” bu barədə məlumat yayıb.
ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hung Kao İranın fevralın 28-dən başlayan zərbələr nəticəsində ABŞ-nin Beşinci Donanmasının əsas bazası olan Bəhreyndəki Milli Təhlükəsizlik Agentliyinin obyektinə ciddi zərər vurduğunu bildirib.
Məlumata görə, bazanın qərargahına, kazarmalarına və infrastrukturuna dəyən zərərin həcmi 400 milyon dollardan çox qiymətləndirilir.
Kao bildirib ki, baza yaxın vaxtlarda fəaliyyət göstərə bilməyəcək.
ABŞ-nin hərbi əməliyyatlarının isə dəniz qüvvələrinə məxsus gəmilərdən və Dieqo-Qarsiya bazasından davam etdirildiyi qeyd olunur.
23:14 10.09.2026
Oxunuş sayı: 40