İlon Maskın həyatından bəhs edən film çəkildi
Venesiya Film Festivalında milyarder İlon Maskın həyat və fəaliyyətindən bəhs edən yeni sənədli film nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Filmin rejissoru “Taxi to the Dark Side” və “Enron: The Smartest Guys in the Room” ekran əsərlərinə görə “Oskar” mükafatına layiq görülmüş Aleks Gibnidir.
“Musk” adlı sənədli filmin xronometrajı 225 dəqiqədir və ekran əsərinin nümayişi 10 dəqiqəlik fasilə ilə keçirilir. Beləliklə, film Maskın həyat və fəaliyyətini təxminən 4 saat ərzində təqdim edir.
Rejissor filmdə Maskın özü ilə müsahibə ala bilməyib. Bunun əvəzinə onun açıq mənbələrdəki çıxışlarından istifadə olunub və Maskın süni intellektlə yaradılmış avatarı həmin fikirləri səsləndirir.
Gibninin sözlərinə görə, bu yanaşma Maskın insanların gələcəkdə bir simulyasiyada, yəni nəsilləri tərəfindən oynanılan videooyunda yaşaya biləcəyi fikri ilə də əlaqəlidir.
03:36 11.09.2026
Oxunuş sayı: 48