Macarıstan Aİ sərhədinin qorunmasına hər gün 1 milyon avro xərcləyir
Macarıstan Avropa İttifaqının ümumi sərhədinin qorunmasına hər gün 1 milyon avro xərcləyir.
Crossmedia.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Macar bu barədə açıqlama verib.
Macar bildirib ki, Macarıstanın Avropanın ümumi sərhədinin, yəni ölkənin sərhədinin qorunmasına görə hər gün 1 milyon avro ödəməsi ədalətsizdir.
Onun sözlərinə görə, başqa bir Baş nazir öz vəzifəsini lazımi qaydada yerinə yetirmədiyi ehtimalına görə Avropa Komissiyasından 200 milyon avro alır.
Macar qeyd edib ki, vaxtilə Macarıstan, Slovakiya, Çexiya və Polşanın demək olar ki, təkbaşına müdafiə etdiyi mövqe hazırda Avropa İttifaqında əksəriyyətin mövqeyinə çevrilib.
23:38 10.09.2026
Oxunuş sayı: 50