Drujba boru kəməri ətrafında gərginlik artır
Avropa Komissiyası Drujba boru kəməri ətrafında "siyasi oyunlar oynamağı" dayandırmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.
O, Brüsseli Ukrayna prezidenti Volodimir Zelenskini müfəttişlər qrupunun boru kəmərinə daxil olmasına və onun fəaliyyətinin bərpasına razı salmaq məsələsində bacarmadığını iddia etməməyə çağırıb.
Fitso vurğulayıb ki, bu məsələ enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır və Avropa Komissiyası daha fəal mövqe nümayiş etdirməlidir.
21:35 31.03.2026
Oxunuş sayı: 49