İspaniya müdafiə naziri ABŞ-İsrail siyasətini tənqid etdi
ABŞ və İsrail qlobal qaydaları və standartları birtərəfli qaydada müəyyən etmək səlahiyyətinə malik deyillər.
Crossmedia.az xəbər verir ki, bunu İspaniyanın müdafiə naziri Marqarita Robles deyib.
Nazir vurğulayıb ki, bu mövqe İspaniyanın İrandakı hərbi fəaliyyətlə bağlı narahatlığını əks etdirir.
Bununla belə, Robles qeyd edib ki, Madridin ABŞ və İsrailin addımlarına yanaşması transatlantik münasibətlərdə qırılma kimi qiymətləndirilməməlidir.
21:13 31.03.2026
Oxunuş sayı: 43