Çin və Pakistan Yaxın Şərq üçün 5 maddəlik plan açıqladı
Çin və Pakistan Yaxın Şərqdə sülh və sabitliyin bərpası məqsədilə beş maddəlik birgə təşəbbüs irəli sürüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Təşəbbüs xarici işlər nazirləri Vanq Yi və İshaq Dar arasında Beijingdə keçirilən görüşdən sonra açıqlanıb.
Təklifə əsasən, tərəflər ilk növbədə hərbi əməliyyatların dərhal dayandırılmasını və münaqişədən zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasını vacib hesab edir.
Bundan əlavə, İran və Körfəz ölkələrinin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması şərti ilə sülh danışıqlarına tezliklə başlanılması təklif olunur.
Plan həmçinin mülki və qeyri-hərbi hədəflərə, xüsusilə enerji obyektlərinə və nüvə elektrik stansiyalarına hücumların dərhal dayandırılmasını nəzərdə tutur.
Təşəbbüsdə Hörmüz boğazında gəmiçilik yollarının təhlükəsizliyinin təmin edilməsi və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq hüququn üstünlüyünün qorunması da əsas şərtlər kimi vurğulanır.
21:05 31.03.2026
Oxunuş sayı: 51