Əraqçi: İran silahlı qüvvələri İsraili sərt şəkildə cəzalandıracaq
İran silahlı qüvvələri İsraili skleroz və xərçəngin müalicəsi üçün dərman istehsal edən bir əczaçılıq zavoduna zərbə endirdiyinə görə sərt şəkildə cəzalandıracaq.
Crossmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada yazıb.
"İsrail müharibə cinayətkarları artıq açıq və utanmaz şəkildə əczaçılıq şirkətlərini bombalayırlar. Onların niyyətləri aydındır. Müdafiəsiz Fələstin mülki əhalisi ilə məşğul olmadıqları üçün yanılırlar. Güclü silahlı qüvvələrimiz təcavüzkarları sərt şəkildə cəzalandıracaq", - deyə İran naziri bildirib.
19:30 31.03.2026
Oxunuş sayı: 49