Paşinyan: Vətəndaşlar 7 iyun seçkilərində müxalifətə cavab verəcəklər
Vətəndaşlar 7 iyun 2026-cı il Milli Məclis seçkilərində müxalifətə münasibətlərini bildirəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, seçicilər "üçbaşlı" adlandırdığı siyasi qüvvələrə sərt cavab verəcəklər.
Paşinyan vurğulayıb ki, vətəndaşlar alınıb-satıla bilməz və müxalifətin ölkənin siyasi sistemindəki yerini xalq müəyyən edəcək.
Baş nazir daha əvvəl keçmiş prezident Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyanla əlaqəli bloka müraciət edib.
19:15 31.03.2026
Oxunuş sayı: 52