İran parlamenti NPT-dən çıxma məsələsini müzakirəyə çıxarıb
İran parlamentində ölkənin Nüvə Silahının Yayılmaması Müqaviləsindən (NPT) çıxması ilə bağlı məsələ müzakirəyə təqdim olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, təşəbbüslə bağlı açıqlama parlamentdə sərt xətt tərəfdarlarını təmsil edən deputat Malik Şəriəti tərəfindən verilib. O bildirib ki, İran xalqının nüvə hüquqlarının qorunması və NPT-dən çıxılması ilə bağlı qanun layihəsi təcili şəkildə gündəliyə daxil edilib.
Şəriətinin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) üzv ölkələrin dinc nüvə fəaliyyətlərini dəstəkləmək öhdəliyi daşısa da, indiyədək İran qarşısında bu vəzifələrini yerinə yetirməyib.
Deputat qeyd edib ki, Agentlik nüvə təsisatlarının, əldə olunan imkanların və nüvə alimlərinin qorunması istiqamətində effektiv fəaliyyət göstərməyib və faktiki olaraq funksionallığını itirib.
Məsələ ilə bağlı yekun qərarın parlament müzakirələrindən sonra veriləcəyi gözlənilir.
17:37 31.03.2026
Oxunuş sayı: 49