Pakistan İrandan Ermənistana gedən 400.000 dollarlıq yükü saxladı
Yaxın Şərqdə gərginlik artarkən, Pakistan İrandan Ermənistana daşınan təxminən 400.000 dollar dəyərində yük konteynerini saxlayıb.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov “Sputnik Armenia”ya verdiyi açıqlamada, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin olmamasının vəziyyəti mürəkkəbləşdirdiyini bildirib.
İvanov əlavə edib ki, məsələ hazırda Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqələndirilərək həll olunur.
17:28 31.03.2026
Oxunuş sayı: 50