İsrail ordusu Livanda 3 hərbçisinin öldüyünü açıqlayıb
İsrail ordusunun açıqlamasına görə, Livanın cənubunda Hizbullahla baş verən qarşıdurmalar zamanı 3 israilli əsgər həyatını itirib. Ölənlərin kimliyi barədə əlavə məlumat verilməyib.
Crossmedia.az "Wall Street Journal"-a istinadla xəbər verir ki, bölgədə qarşılıqlı raket və dron hücumları davam edir.
Qeyd edək ki, döyüşlər zamanı BMT sülhməramlı qüvvələri də zərər çəkib və humanitar vəziyyət narahatlıq doğurur.
12:45 31.03.2026
Oxunuş sayı: 57