Tramp İranla bağlı yeni açıqlamalar verib
ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə müsahibəsində bildirib ki, ABŞ yaxın zamanda İran parlamentinin sədri Məhəmmədbaqır Qalibafın amerikalılarla əməkdaşlığa hazır olub-olmadığını müəyyən edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Biz bunu həll edəcəyik. Təxminən bir həftəyə sizə xəbər verəcəyəm”, – deyə o qeyd edib.
Eyni zamanda, Tramp İranın ali dini liderinin oğlu Müctəba Xameneyi ilə bağlı da danışıb. Onun sözlərinə görə, Xameneyinin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur: “Onun haqqında heç kim heç nə eşitməyib. O, çox ağır yaralanıb. Sağ olub-olmadığını bilmirik. Düşünürük ki, yəqin ki, sağdır, amma çox pis vəziyyətdədir.”
09:45 31.03.2026
Oxunuş sayı: 53