Aİ İrana qarşı sanksiyaların müddətini uzadır
Avropa İttifaqı (Aİ) insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sanksiyalar əsasən, təhlükəsizlik rəsmiləri, dövlət qulluqçuları, penitensiar və məhkəmə sistemlərinin işçiləri olan 262 şəxsə, eləcə də 53 təşkilata şamil olunur.
Fərdlər üçün məhdudiyyətlərə Aİ ərazisinə giriş qadağası və Avropa banklarındakı aktivlərin dondurulması daxildir.
Hüquqi şəxslərə qarşı sanksiyalara isə aktivlərin dondurulması və avropalı iş adamları ilə onlar arasında hər hansı bir əlaqənin qadağan edilməsi daxildir.
21:45 30.03.2026
Oxunuş sayı: 46