Ukrayna Bolqarıstan ilə nüvə əməkdaşlığına başlayır
Ukrayna Bolqarıstandan nüvə reaktorları almağa hazırdır.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Bloklar haqqında danışarkən, əməkdaşlığı davam etdirməyə hazırıq. Rusiya Ukraynadan altı nüvə enerji bloku alıb - və bu enerji olduqca ucuzdur. Bu, ukraynalılara kömək edə və digər ölkələrə elektrik enerjisi ixrac edə bilər. Lakin qərar Bolqarıstan tərəfinin ixtiyarındadır."
Bolqarıstanın Baş naziri Andrey Gyurov qeyd edib ki, bir neçə həftə sonra keçiriləcək seçkilərdən sonra ölkənin bu reaktorların mülkiyyətinin Ukraynaya verilməsi imkanlarını müzakirə etməsi gözlənilir. Qərar parlamentdən asılı olacaq.
Xatırladaq ki, ötən ilin aprel ayında Sofiya Kiyevə Rusiya istehsalı olan iki nüvə reaktoru satmaqdan imtina etmişdi. Onlardan Xmelnitski Atom Elektrik Stansiyasının 3 və 4-cü bloklarının tamamlanması üçün istifadə edilməsi planlaşdırılırdı.
21:00 30.03.2026
Oxunuş sayı: 60