Zelenski ölkəsinin hücumlara son qoymağa hazır olduğunu bildirib
Ukraynanın tərəfdaşları ondan Rusiyanın enerji sektoruna hücumlarını azaltmağı xahiş ediblər.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukrayna bu cür hücumlara son qoymağa hazırdır, amma bu, yalnız ikitərəfli olduqda baş verir:
"Bu yaxınlarda, qlobal enerji böhranından sonra, bəzi tərəfdaşlarımızdan Rusiyanın neft və enerji sektorlarına qarşı cavab tədbirlərimizi azaltmaq üçün siqnallar aldıq. Əgər Rusiya Ukraynanın enerji sektoruna hücum etməməyə hazırdırsa, biz onların hücumlarına cavab verməyəcəyik."
19:45 30.03.2026
Oxunuş sayı: 54