İranla müharibə ABŞ-yə baha başa gələ bilər
ABŞ İranla qarşıdurmada “tələnin üçüncü mərhələsinə” doğru irəliləyir.
Crossmedia.az xəbər verir ki, bunu amerikalı politoloq Robert Pape deyib.
Onun sözlərinə görə, bu mərhələ quru əməliyyatlarını əhatə edir və belə bir ssenaridə dəniz piyadalarının itkiləri qaçılmaz ola bilər.
Pape qeyd edib ki, bu itkilər ABŞ daxilində siyasi təzyiqləri daha da artıracaq.
Ekspert əlavə edib ki, üçüncü mərhələ məhdud ərazi nəzarəti ilə xarakterizə oluna bilər. Bu çərçivədə sahil bölgələrinin ələ keçirilməsi və nüvə obyektlərinə qarşı əməliyyatların keçirilməsi ehtimalı var.
Lakin onun fikrincə, belə əraziləri uzun müddət nəzarətdə saxlamaq çətin olacaq.
Pape hesab edir ki, İran hazırda zəifləmək əvəzinə, daha da möhkəmlənə və bombardmanlardan sonra nüvə proqramı ilə bağlı mövqeyini sərtləşdirə bilər.
Onun sözlərinə görə, ABŞ-nin Fordo və Nətənz kimi obyektlərə zərbələri ehtimal olunur. Lakin bu, münaqişəni daha geniş miqyaslı qarşıdurmaya çevirə bilər.
Politoloq vurğulayıb ki, belə bir inkişaf ssenarisi ABŞ-ni uzun müddət çəkinməyə çalışdığı rejim dəyişikliyi yönümlü müharibəyə sürükləyə bilər.
19:19 30.03.2026
Oxunuş sayı: 50