Türkiyə əhalisinin böyük əksəriyyəti ABŞ ilə İran arasında baş verən münaqişədə tərəfsiz qalmağın tərəfdarıdır.
Sorğuda iştirak edənlərin 68.1%-i neytral mövqeni dəstəklədiyini bildirib. İrana dəstək verənlərin nisbəti 22.6%, ABŞ-İsrail tərəfini dəstəkləyənlər isə cəmi 2.1% təşkil edir.
Partiyalar üzrə nəticələrə gəldikdə, İrana ən çox dəstək verənlər 27.6% ilə "DEM Partiya" seçiciləridir. Eyni zamanda, bu partiyanın seçiciləri arasında ABŞ-İsrailə dəstək verənlərin nisbəti də digər partiyalarla müqayisədə daha yüksək – 7.6% olub.
"CHP" seçiciləri arasında ABŞ-İsrailə dəstək ən aşağı səviyyədə – 0.7% təşkil edir. Onların 26.4%-i İrana dəstək verdiyini, 67.6%-i isə tərəfsiz qalmağın tərəfdarı olduğunu bildirib.
İrana ən aşağı dəstək isə "İYİ Parti" seçiciləri arasında qeydə alınıb – 14.9%. Bu partiyanın seçicilərinin 6.1%-i ABŞ-İsrail tərəfini dəstəkləyir.
"AKP" seçiciləri arasında isə 24.3% İrana yaxın mövqe sərgilədiyini, yalnız 1%-i isə ABŞ-İsrail tərəfini dəstəklədiyini bildirib.