ABŞ-da 100 milyondan çox insan dünyanın sonuna inanır
Amerikalı tədqiqatçı Con Mak Glionnun The Hill qəzetində dərc olunan məqaləsinə görə, ABŞ əhalisinin təxminən üçdə biri — 100 milyondan çox insan — dünyanın sonunu öz həyatları dövründə yaşayacağına inanır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müəllif bu fikri "Journal of Personality and Social Psychology" jurnalında yayımlanmış araşdırmaya istinadla əsaslandırır. Araşdırmaya görə, əvvəllər yalnız müəyyən xristian qruplar və “ekssentrik” hesab olunan şəxslər arasında yayılmış apokalipsis inancı artıq daha geniş kütlələrə yayılıb.
Məqalədə qeyd olunur ki, xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra “Üçüncü Dünya Müharibəsi” ilə bağlı narahatlıqlar daha da artıb və bu ifadə ictimai diskursda daha tez-tez istifadə olunmağa başlayıb.
Tədqiqatçılar bildirir ki, bu inam artıq sadəcə qeyri-müəyyən qorxu deyil, konkret səbəblərlə güclənən ciddi bir düşüncədir. Bu səbəblər arasında iqlim dəyişikliyi, nüvə müharibəsi riski, qlobal iqtisadi çöküş ehtimalı və süni intellektin sürətli inkişafı xüsusi yer tutur.
17:37 30.03.2026
Oxunuş sayı: 335