Tramp: Razılaşma olmasa, İranın enerji sektorunu məhv edəcəyik
İranla danışıqlar davam edir, lakin razılıq əldə olunmasa və Hörmüz boğazı gəmilər üçün açılmasa, Vaşinqton sərt addımlar ata bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu halda ABŞ İranın elektrik stansiyalarını, neft yataqlarını və Xarq adasını hədəfə alaraq tamamilə məhv etməyə hazırdır. Tramp qeyd edib ki, bu obyektlər indiyədək qəsdən hədəf alınmayıb.
17:00 30.03.2026
Oxunuş sayı: 59