ABŞ İrandan Uran əldə etmək üçün hərbi əməliyyatı planlaşdırır
ABŞ Prezidenti Donald Tramp İrandan təxminən 450 kq uranı çıxarmaq məqsədilə hərbi əməliyyat keçirməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat verib,
Nəşrin yazdığına görə, belə bir əməliyyat mürəkkəb və yüksək riskli olardı, çünki Amerika qoşunları İranda bir neçə gün və ya daha uzun müddət qalmalı olacaq. Yekun qərar hələ verilməyib.
Mütəxəssislər bildirirlər ki, əməliyyat bir neçə gün və ya hətta bir həftə davam edə bilər və döyüş bölmələri İran dronlarının atəşi altında fəaliyyət göstərəcək.
Bu çərçivədə Pentaqon Yaxın Şərqə bir neçə yüz xüsusi əməliyyat qüvvəsi göndərib, həmçinin minlərlə dəniz piyadası və 82-ci Hava-Desant Diviziyasının əsgərləri də əməliyyat üçün hazır vəziyyətə gətirilib. Onlar nüvə obyektlərindən yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq missiyasında iştirak edə bilərlər.
15:58 30.03.2026
Oxunuş sayı: 268