Bəqayi: ABŞ ilə birbaşa danışıqlar aparılmayıb
İran və ABŞ arasında danışıqların son mərhələsindən sonra birbaşa görüşlər baş tutmayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
ABŞ tərəfinin danışıqlara hazır olması ilə bağlı mesajlar əsasən vasitəçilər, o cümlədən Pakistan kimi ölkələr vasitəsilə çatdırılıb.
Bəqayi qeyd edib ki, ABŞ-nin irəli sürdüyü iddia edilən “15 bəndlik” məsələlər çox iddialı və məntiqsiz görünür. O əlavə edib ki, Vaşinqtonun diplomatiya ilə bağlı iddialarının ciddiliyi beynəlxalq ictimaiyyət tərəfindən müşahidə oluna bilər və İran tərəfi mediada səslənən mövzularla bağlı əvvəldən mövqeyini açıqlayıb, danışıqlarda hansı çərçivəyə əsaslanacağını yaxşı bilir.
15:47 30.03.2026
Oxunuş sayı: 46