İran Hörmüz boğazından keçid üçün rüsumları qanuniləşdirməyi planlaşdırır
Yeni gəmiçilik rejiminə əsasən, İran təhlükəsizliyi təmin edəcək və Hörmüz boğazından keçən gəmilər üçün rüsum yığacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib. (IRIB News)
Xatırladaq ki, daha öncə İran dost ölkələrdən - Rusiya, Çin, Hindistan, İraq və Pakistandan olan gəmilərin Hörmüz boğazından rüsumsuz keçməsinə icazə verib.
15:40 30.03.2026
Oxunuş sayı: 45