İran Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa hazırlaşır
İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Brucerdi bildirib ki, ölkə Hörmüz boğazına tam nəzarət edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məclis qanun layihəsini qəbul etdikdən sonra boğaz yeni sistemlə idarə olunacaq və gəmilərin təhlükəsizliyi ilə göstərilən xidmətlər qanunla müəyyən edilmiş keçid rüsumu hesabına təmin ediləcək.
15:27 30.03.2026
Oxunuş sayı: 49