İsrail İranda 40-a yaxın hərbi obyekti vurdu
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, son iki gün ərzində İranda təxminən 40 hərbi sənaye və tədqiqat obyektinə zərbələr endirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, hücumlar dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilib və əsasən hərbi təyinatlı istehsal müəssisələrini hədəf alıb.
Vurulan obyektlər arasında uzun mənzilli raketlərin hazırlanması və yığılması ilə məşğul olan müəssisələr, silah istehsalı zavodları və hərbi texnologiyaların tədqiqi ilə bağlı mərkəzlər yer alır.
Açıqlamada qeyd olunub ki, əməliyyatların məqsədi İranın hərbi sənaye potensialına zərbə vurmaqdır.
12:36 30.03.2026
Oxunuş sayı: 48