Səudiyyə Ərəbistanı, Türkiyə və Misir Hörmüzlə bağlı yeni enerji konsorsiumu yaradır
Səudiyyə Ərəbistanı, Türkiyə və Misir Hörmüz boğazından keçən neft axınını alternativ marşrutlara yönləndirmək məqsədilə birgə konsorsium yaratmağı planlaşdırır.
Crossmedia.az bu barədə "Reuters" ə istinadən xəbər verir ki, təşəbbüs regionda artan təhlükəsizlik riskləri fonunda enerji tədarükünün davamlılığını təmin etməyə yönəlib.
Layihə çərçivəsində əsas məqsəd Hörmüz boğazı üzərindən asılılığı azaltmaq və neftin daha təhlükəsiz alternativ yollarla daşınmasını təşkil etməkdir.
12:26 30.03.2026
Oxunuş sayı: 57