Finlandiya Prezidenti: Rusiyada yeni səfərbərlik dalğası başlaya bilər
Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, mövcud vəziyyət Rusiya üçün əlavə hərbi resurslara ehtiyac yaradır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ukraynalıların ayda 30 mindən çox rus hərbçisini zərərsizləşdirdiyi, eyni zamanda Rusiyanın itkiləri tam bərpa edə bilmədiyi şəraitdə ümumi səfərbərlik ehtimalı artır.
Aleksandr Stubb hesab edir ki, belə bir addım atılarsa, bu, həm ölkə daxilində, həm də regionda ciddi problemlərə səbəb ola bilər.
12:06 30.03.2026
Oxunuş sayı: 53