Pezeşkian ABŞ-dəki etirazları şərh edib: Amerika xalqı "İsrail birincidi" şüarından qəzəblənib
İran Prezidenti Məsud Pezeşkian özünün X hesabıında ABŞ-də Donald Trampın siyasətinə qarşı keçirilən genişmiqyaslı etirazları şərh edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian yazıb ki, “Amerikalı süni intellekt mütəxəssisləri prezident Trampa reallığı izah etməlidirlər: ölkədə ‘Kral yoxdur’ etirazları keçirilir. Amerika xalqı ‘İsrail birincidir’ şüarından qəzəblənib. Onlar İsrail krallarının Amerika demokratiyasını idarə etməsindən beziblər.”
Ekspertlər bildirirlər ki, bu açıqlama İran rəhbərliyinin ABŞ-dakı daxili siyasi etirazlara münasibətini sərt şəkildə ifadə edən ilk açıqlamalardan biridir və ABŞ-İran münasibətlərində informasiya gərginliyini daha da artırır.
11:08 30.03.2026
Oxunuş sayı: 45