Neft 116 dollara yüksəldi : Trampın çıxışı bazara təsir etmədi
Brent markalı neftin qiyməti Brent Crude hazırda 116 dolları keçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Analitiklər bildirirlər ki, ABŞ Prezidenti Donald Trampın çıxışları və “söz terapiyası” neft bazasına əhəmiyyətli təsir göstərə bilməyib.
Məlumata görə, ABŞ-İran gərginliyi və müharibə riskləri bazarda artıq reallıq kimi qiymətləndirilir. Trampın media və informasiya çıxışları, danışıqlar və hərbi təhdid mesajları bazarda qiymətləri saxlamağa və ya aşağı salmağa kifayət etmir. Bazar iştirakçıları daha çox faktlara əsaslanaraq reaksiya verir, spekulyativ danışıq və arzulara deyil.
Ekspertlər vurğulayırlar ki, neftin bu səviyyəyə qalxması qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.
09:57 30.03.2026
Oxunuş sayı: 47