Trampın addımları nüvə balansını dəyişir
ABŞ Prezidenti Donald Trampın rəqiblərə qarşı sərt mövqe tutması və eyni zamanda müttəfiqlərlə münasibətlərdə təzyiq siyasəti qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir.
Crossmedia.az bu barədə "Bloomberg" ə istinadən xəbər verir ki, bu yanaşma dünyanı yeni nüvə dövrünə sürükləyə bilər.
Məqalədə qeyd olunur ki, uzun illər ABŞ-nin nüvə çətiri altında təhlükəsizliyini təmin edən Almaniya və Polşa artıq alternativ variantlara daha açıq yanaşır. Belə ki, Trampın Qrenlandiya ilə bağlı fikirlərindən sonra Fransa-nın strateji çəkindirmə qüvvələrini bütün Avropaya şamil etmək təklifi bu ölkələr tərəfindən müsbət qarşılanıb.
Eyni zamanda, Çin və Rusiya öz nüvə arsenalını modernləşdirməyə davam edir. Nəşr yazır ki, Yaponiya və Cənubi Koreya isə regionda silahlanma yarışının güclənməsi ehtimalından narahatdır.
Materialda vurğulanır ki, hazırda rəsmi olaraq cəmi doqquz ölkə nüvə silahına malik olsa da, 20-dən çox dövlətin enerji proqramları, sənaye bazası və mühəndislik potensialı onların gələcəkdə bu sahədə irəliləməsinə imkan yarada bilər.
09:34 30.03.2026
Oxunuş sayı: 43