Rusiyalı rəsmidən Avropa ilə bağlı enerji xəbərdarlığı
Rusiyalı rəsmi Kirill Dmitriev Avropa ölkələrini yaxın aylarda ciddi enerji çətinliklərinin gözlədiyini iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bir ay ərzində Avropa dövlətləri neft və qaz təchizatı ilə bağlı yenidən Rusiyaya müraciət etmək məcburiyyətində qala bilər. Dmitriev bildirib ki, regionda “enerji lokdaunları” ehtimalı artır və bu, yanacaq çatışmazlığına səbəb ola bilər.
O qeyd edib ki, əvvəllər Avropada tətbiq olunan məhdudiyyətlərin və qərarların uzunmüddətli nəticələri tam dərk olunmayıb. Hazırkı vəziyyətdə isə avtomobillər üçün yanacaq qıtlığı da daxil olmaqla, enerji sahəsində ciddi problemlərin yarana biləcəyi vurğulanır.
Qeyd edək ki, məsələ ilə bağlı Avropa ölkələrinin rəsmi mövqeyi və mümkün addımları hələ açıqlanmayıb.
21:45 29.03.2026
Oxunuş sayı: 49