Türkiyədə 5G texnologiyası istifadəyə verilir
Türkiyədə 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı rəsmi açıqlama yayılıb. Bildirilib ki, artıq 1 aprel tarixindən etibarən ölkənin bütün 81 vilayət mərkəzində yeni nəsil mobil rabitə texnologiyasına çıxış təmin olunacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Abdulkadir Uraloğlu (Nəqliyyat və İnfrastruktur naziri) operatorların hazırlıq prosesinin yekunlaşmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, 5G şəbəkəsinin ölkə üzrə tam əhatəsi növbəti iki il ərzində təmin ediləcək.
Yeni texnologiya istifadəçilərə 20 Gbit/s-ə qədər yüksək sürətli internet, aşağı gecikmə müddəti və daha stabil bağlantı vəd edir. Bu isə öz növbəsində uzaqdan cərrahiyyə, sürücüsüz nəqliyyat vasitələri və virtual reallıq kimi qabaqcıl texnologiyaların inkişafına şərait yaradacaq.
Həmçinin layihədə yerli istehsala xüsusi önəm verilir. Planlara əsasən, artıq ilk ildə 5G infrastrukturunun ən azı 50 faizi yerli istehsal olacaq və bu göstəricinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.
20:07 29.03.2026
Oxunuş sayı: 53