BƏƏ İrandan kompensasiya tələb edir
Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ABŞ–İsrail–İran münaqişəsi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, istənilən siyasi həllin effektiv olması üçün aydın və konkret şərtlər müəyyənləşdirilməlidir. Qarqaşın sözlərinə görə, bu şərtlər gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün zəmanətləri, “təcavüzkarlıq prinsipi”nin dəqiq tərifini, həmçinin mülki obyektlərə, infrastruktur və vətəndaşlara dəyən zərərin kompensasiyasını əhatə etməlidir.
Diplomat İranın region ölkələrinə qarşı addımlarını tənqid edərək iddia edib ki, Tehran münaqişədən əvvəl qonşularını niyyətləri barədə yanlış istiqamətləndirib və gərginliyin azaldılması istiqamətində aparılan səylər fonunda əvvəlcədən planlaşdırılmış addımlar atıb.
Qarqaş əlavə edib ki, bu cür vəziyyətlər Körfəz bölgəsinin təhlükəsizliyinə ciddi təhdid yaradır və buna qarşı konkret yanaşmaların hazırlanması zəruridir.
20:20 29.03.2026
Oxunuş sayı: 42