Ermənistanda kilsədə insident: üç nəfər saxlanılıb
Ermənistanda Müqəddəs Anna kilsəsində baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər xuliqanlıq törətməkdə və vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaqda şübhəli bilinirlər.
Hazırda həmin şəxslər toplanmış materiallarla birlikdə cinayət istintaq bölməsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
17:50 29.03.2026
Oxunuş sayı: 49