ABŞ və Avropada Trampa qarşı kütləvi etirazlar keçirilib
ABŞ-də və bir sıra Avropa ölkələrində ABŞ Prezidenti Donald Trampın siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları təşkil olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, bir gün ərzində “Kral Yoxdur” şüarı altında 3300-dən çox aksi baş tutub.
Bildirilir ki, nümayişlərdə ümumilikdə təxminən 8 milyon insan iştirak edib. Etirazçılar Trampı demokratik institutları zəiflətməkdə və hakimiyyəti həddindən artıq mərkəzləşdirməkdə ittiham ediblər.
Aksiyalar zamanı iştirakçılar müxtəlif şüarlar səsləndiriblər. Onlar həmçinin ABŞ-ın xarici siyasətindən, xüsusilə İsraillə bağlı mövqedən və İrana yönəlik sərt immiqrasiya siyasətindən narazılıqlarını ifadə ediblər.
Nümayişlərdə bir sıra tanınmış simalar da yer alıb. Onların arasında aktyor Robert De Niro və musiqiçi Bruce Springsteen də olub.
Hadisələrlə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
16:55 29.03.2026
Oxunuş sayı: 49