Qalibafdan ABŞ-a sərt mesaj: Raketlərimiz hazırdır
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin İrana qarşı mümkün quru əməliyyatları planlaşdırdığı iddialarına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibaf bildirib ki, ABŞ bir tərəfdən danışıqlar və dialoq mesajları versə də, digər tərəfdən gizli şəkildə quru işğalı planlaşdırır. Onun sözlərinə görə, Vaşinqton İran xalqının ölkəyə daxil olacaq Amerika qüvvələrinə qarşı sərt cavab verəcəyini və regiondakı tərəfdaşlarını da cəzalandıracağını nəzərə almır.
“Zərbələrimiz davam edir. Raketlərimiz hazır vəziyyətdədir. Qətiyyətimiz və imanımız daha da güclənib”, – deyə Qalibaf vurğulayıb.
O əlavə edib ki, İran tərəfi qarşı tərəfin zəif cəhətlərindən xəbərdardır və düşmən sıralarında qorxu və təşviş əlamətlərini açıq şəkildə müşahidə edir.
16:15 29.03.2026
Oxunuş sayı: 50