ABŞ Ukrayna üçün ayrılan silahların başqa regionlara yönləndirilməsini planlaşdırmır
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, ABŞ-ın PURL proqramı çərçivəsində Ukrayna üçün alınan silahların Yaxın Şərqə və ya digər regionlara yönləndirilməsi planlaşdırılmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu məsələ Marko Rubio səviyyəsində də təsdiqlənib. O qeyd edib ki, proqram çərçivəsində Ukrayna üçün nəzərdə tutulan vəsait və hərbi avadanlıqlardan heç biri başqa coğrafiyaya ötürülməyib və hazırda belə bir plan mövcud deyil.
Sibiqa əlavə edib ki, Ukrayna PURL proqramının yenilənməsi ilə bağlı başqa bir ölkədən də zəmanət alıb.
15:48 29.03.2026
Oxunuş sayı: 48