Oqrızko: Tramp NATO-nu təhlükəyə atır
ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi addımları NATO-nun gələcəyi üçün ciddi risklər yarada bilər.
Bu fikri Ukraynanın sabiq xarici işlər naziri, Rusiyanın öyrənilməsi mərkəzinin rəhbəri Vladimir Oqrızko səsləndirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir. O bildirib ki, Tramp müdafiə xərclərini artırmayan NATO müttəfiqlərini qorumaqdan imtina edərsə, bu, Alyansın zəifləməsinə və hətta dağılmasına gətirib çıxara bilər.
V. Oqrızkonun sözlərinə görə, belə bir ssenari uzun müddətdir Rusiyanın maraqlarına uyğun hesab olunur.
Eyni zamanda qeyd olunur ki, bu vəziyyət Avropa ölkələrini ABŞ-dan asılı olmayan, öz müstəqil müdafiə ittifaqını yaratmağa təşviq edə bilər.
15:30 29.03.2026
Oxunuş sayı: 57