Avropa Parlamentindən Rusiyaya "YOX"
Avropa Parlamenti deputatları Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinə müraciət edərək Rusiyanın Venesiya Biennalesində iştirakına icazə verilməməsini istəyiblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müraciətdə Avropa İttifaqının geniş sanksiyalarına məruz qalan Rusiyanın Avropa vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən tədbirdə iştirakının yolverilməz olduğu qeyd olunub.
“Rusiya – Avropa İttifaqının geniş sanksiyalar tətbiq etdiyi bir dövlətdir və heç bir halda belə bir tədbirdə iştirak etməməlidir”, - deyə deputatların müraciətində bildirilib.
14:50 29.03.2026
Oxunuş sayı: 53