Qalibaf:ABŞ gizli şəkildə quru əməliyyatına hazırlaşır
ABŞ İranla danışıqlar aparmaq istəyini açıq şəkildə bəyan edir, lakin gizli şəkildə quru əməliyyatına hazırlaşır.
Crossmedia.az "SputnikArmenia"-ya xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Qalibaf deyib.
İranın dövlət televiziyası siyasətçinin sözlərini sitat gətirib: "Düşmən gizlicə quru hücumu planlaşdırarkən danışıqlar və dialoq barədə mesajlar göndərmək kimi davranır. Onlar bilmirlər ki, xalqımız Amerika əsgərlərinin torpağımıza gəlməsini gözləyir ki, onlara atəş açsınlar və bölgədəki yoldaşlarını əbədi olaraq cəzalandırsınlar".
14:35 29.03.2026
Oxunuş sayı: 42