Ermənistanda Paşinyanın iştirakı ilə insident baş verib
İrəvanın Müqəddəs Anna kilsəsində keçirilən mərasim zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə kiçik insident baş verib.
Crossmedia.az bu barədə "SputnikArmenia"-ya istinadən xəbər verir.
Məlumata görə, Paşinyan kilsəyə gələnlərin arasından keçərkən iştirakçılardan biri mühafizəçiyə aqressiv şəkildə müraciət edərək “mənə belə baxmağa cəsarət etmə” deyə etiraz edib.
Digər bir şəxs isə mühafizəçiyə arxadan zərbə endirməyə cəhd göstərib. Hadisənin daha ciddi qarşıdurmaya çevrilməsinin qarşısı alınıb.
13:15 29.03.2026
Oxunuş sayı: 60