Paşinyan ilə Köçəryan arasında gərginlik artır
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçmiş prezident Robert Köçəryan arasında siyasi gərginlik artmaqda davam edir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Paşinyan müxalifət lideri Köçəryana qarşı sərt ifadələr işlədib.
Bundan əvvəl o, Rusiyapərəst müxalifətin ölkə üçün təhlükə yaratdığını, gərginliyi artırmağa çalışdığını və Ermənistanı Azərbaycanla yeni müharibəyə sürüklədiyini iddia etmişdi.
Bu fonda Köçəryanın müsahibələrindən birində ekranda Azərbaycanın ərazi iddialarını əks etdirdiyi bildirilən xəritə nümayiş olunub. Həmin xəritədə həmçinin Gürcüstanının Abxaziya, Cənubi Osetiya və Cavaxetiya bölgələrinin də vurğulandığı qeyd edilir.
11:42 29.03.2026
Oxunuş sayı: 61