Pakistan İrana ərzaq ixracına icazə verdi
Pakistan Yaxın Şərqdə davam edən müharibəyə cavab olaraq İrana üç ay müddətinə ərzaq ixracına icazə verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərar İslamabadın Fars körfəzi ölkələrinə ərzaq tədarükünə icazə verməsindən qısa müddət sonra verilib.
Pakistanın ticarət naziri Kamal Xan İrandan əlavə, İran vasitəsilə Azərbaycan və Orta Asiya ölkələri ilə ticarətin də aparılmasına icazə verildiyini açıqlayıb.
Ticarətin asanlaşdırılması üçün bank zəmanətləri və kredit məktubları kimi bir sıra şərtlər ləğv edilib.
11:32 29.03.2026
Oxunuş sayı: 42