Fransalı müxalifətçi ölkəsini Rusiya neft və qazına qarşı sanksiyaları dayandırmağa çağırıb
İrandakı müharibənin qlobal enerji bazarlarındakı problemləri nəzərə alaraq, Fransa ABŞ-nin artıq etdiyi kimi, Rusiya neft və qazına qarşı sanksiyaları dayandırmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Fransa "Vətənpərvərlər Partiyası"-nın lideri Florian Filippot jurnalistlərlə söhbətində deyib.
"ABŞ, Koreya Respublikası kimi, Rusiyaya qarşı sanksiyaları dayandırıb. Fransa da eyni şeyi etməlidir. Çünki normal həyat üçün lazım olan qaz və neft bizdədir. Amma bunun üçün Avropa İttifaqından (Aİ) çıxmalıyıq, çünki bu qərar Brüsseldən - Parisdən yox, Aİ-dən asılıdır. Buna görə də bunu etmək istəyiriksə, müstəqil bir ölkə olmalıyıq.", - deyə siyasətçi bildirib.
Onun jurnalistlərlə söhbəti əsas şüarı Fransanın Aİ-dən çıxması olan nümayişin başlamazdan əvvəl baş tutub.
22:05 28.03.2026
Oxunuş sayı: 49