KİV: İran raket zərbələri endirmək qabiliyyətini qoruyub saxlayır
İran ABŞ və İsrailin hərbi infrastrukturuna qarşı hücumlarına baxmayaraq raket zərbələri endirmək qabiliyyətini qoruyub saxlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bununla belə, əsas məsələ raketlərin buraxılıb-buraxılmaması deyil, bu hücumların mövcud tempdə nə qədər davam etdirilə biləcəyidir.
Analitiklər bildirirlər ki, ölkənin hələ də əhəmiyyətli raket ehtiyatları mövcuddur. Bu ehtiyatların bir hissəsi yeraltı, möhkəmləndirilmiş komplekslərdə saxlanılır ki, bu da onların məhv edilməsini çətinləşdirir.
Mütəxəssislərin fikrincə, bu amil İrana istehsal və buraxılış infrastrukturu zərər görsə belə, zərbə imkanlarını müəyyən müddət qorumağa şərait yaradır.
Lakin raket arsenalının dəqiq həcmi və istifadə sürəti ilə bağlı məlumatlar qeyri-müəyyəndir.
Milli Təhlükəsizlik Tədqiqatları İnstitutun nümayəndəsi Danny Sitrinoviç isə qeyd edir ki, Tehran hazırda daha çox “gözlə və gör” strategiyasına üstünlük verir.
Onun sözlərinə görə, İran raket və pilotsuz aparat istifadəsini qəsdən məhdudlaşdırır və mövcud resurslarını qorumağa çalışır.
20:55 28.03.2026
Oxunuş sayı: 41