SEPAH-ın yüksək rütbəli üzvləri ölüb
Beyrutda İsrail tərəfindən həyata keçirilən hədəfli sui-qəsd zərbəsi nəticəsində SEPAH üzvlərinin öldürüldüyü bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum zamanı SEPAH-ın 5 briqada generalı və polkovnik rütbəli zabitlər həlak olub.
Ölənlər arasında Sərdar Məcid Həsəni, Sərdar Məhəmmədəli Zəki, Sərdar Əhməd Rəsuli, Sərdar Hüseyn Əhmədli, Sərdar Əli Bi Azar və Sadiq Zakiri Kiya qeyd olunur.
19:15 28.03.2026
Oxunuş sayı: 856