Zelenski: Heç kimə heç vaxt yalan danışmamışam
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Dövlət Katibi Marko Rubionun onu “yalan danışmaqda” ittiham edən açıqlamasına cavab verib.
Crossmedia.az bu barədə UNİAN-a istinadən xəbər verir ki, Zelenski bu fikirləri jurnalistlərlə Zoom görüşü zamanı səsləndirib.
Ukrayna lideri bildirib ki, o, heç kimə heç vaxt yalan danışmayıb və ABŞ-nin ona təzyiq göstərdiyini demədiyini vurğulayıb.
O qeyd edib ki, aysberqin ən böyük hissəsi görünməzdir və əlavə edib ki, yalnız məsələnin kiçik bir hissəsini açıqlayıb.
Prezident vurğulayıb ki, hər zaman açıq danışmağa çalışır və deyilənlərin müxtəlif formada ifadə oluna biləcəyini qeyd edib.
19:00 28.03.2026
Oxunuş sayı: 46