Mirzoyan Ceyhun Bayramovdan sonra iranlı həmkarı ilə danışıb
Martın 28-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə "SputnikArmenia"-ya istinadən xəbər verir.
Onlar Yaxın Şərqdəki son hadisələr və vəziyyətin sülh yolu ilə həlli imkanları barədə fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan və Abbas Araqçi həmçinin humanitar məsələlərə də toxunublar.
Qeyd edək ki, A.Mirzoyan daha əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışmışdı.
18:17 28.03.2026
Oxunuş sayı: 52